Dünya Özəl

Quş qripi xəbərdarlığı: 37 min ördək məhv ediləcək

Quş qripi xəbərdarlığı: 37 min ördək məhv ediləcək

Polşada ördək fermasında quş qripi aşkar edildikdən sonra 37 min ördəyin məhv edilməsinə qərar verilib.

Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.

Məlumata əsasən, Polşanın qərbindəki fermada quş qripi aşkarlanıb.

Təsərrüfatdakı 37 min ördəyin kəsilməsinə qərar verildiyi açıqlanıb.

Həmçinin ərazidə yerləşən quşçuluq təsərrüfatlarına rayon baytarının icazəsi olmadan ev quşları satmaq və ya yeni ev quşları almaq qadağan edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova