Region Özəl

Rusiyada qubernatorun istefa verdiyi deyilir — Kremldə nə baş verir?

Rusiyada qubernatorun istefa verdiyi deyilir — Kremldə nə baş verir?

Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Uss Rusiya prezidenti Vladimir Putinin təklifi ilə başqa vəzifəyə keçdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Aleksandr Uss özünün “Telegram” kanalında məlumat verib.

O, Vladimir Putin tərəfindən ona başqa iş təklif olunduğunu bildirib:

“Cənab Putindən federal səviyyədə işləməyə davam etmək üçün təklif aldım. Amma eyni zamanda vilayətimizin sosial-iqtisadi inkişafı məsələləri ilə də məşğul olacam”.

Aleksandr Uss Krasnoyarsk vilayətinin gələcəkdə də Rusiyanın əsas subyektlərindən biri statusunu saxlayacağına əminliyini ifadə edib.

Xatırladaq ki, “RBC” Rusiya Prezident Administrasiyasına yaxın mənbələrə istinadən Krasnoyarsk vilayətinin qubernatoru Aleksandr Ussun aprelin 20-də istefa verəcəyi barədə məlumat yaymışdı.

Həsən Demokrat.az

NE
Nihadə Eyyubova