Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropalı jurnalistlərin Rusiya hakimiyyətinin Avropa İttifaqının enerji obyektlərində təxribat törətməyi planlaşdırması barədə ittihamlarına cavab verib.
Demokrat.az "RİA Novosti"yə istinadla xəbər verir ki, Dmitri Peskov sözügedən ittihamları "əsassız" adlandırıb.
Putinin sözçüsü deyib ki, sözügedən ölkələrin media orqanları araşdırmalarında ciddi səhvə yol veriblər:
Danimarkanın "DR" telekanalının Norveçin "NRK", İsveçin "SVT" və Finlandiyanın "Yle" telekanalları ilə birgə çəkdiyi “Kölgələrin müharibəsi” adlı filmdəki iddilara da toxunan Peskov deyib:
"Kəşfiyyat məlumatlarına istinadla həmin telekanallar iddia edir ki, Kreml İsveç, Finlandiya, Danimarka və Norveç sərhədləri yaxınlığında dəniz külək stansiyalarının, qaz kəmərlərinin, elektrik və internet kabellərinin xəritəsini çəkir, sonra orada təxribat təşkil edir. Bütün bunlar tamamilə əsassızdır".
Həsən Demokrat.az


