Dünya Özəl

Dənizdə 2 ton kokain aşkar olundu

Dənizdə 2 ton kokain aşkar olundu

İtaliyanın Siciliya adası yaxınlığında dənizdə iki ton kokain tapılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata görə, aşkarlanan kokain paketləri batma və sızmanın qarşısını almaq üçün xüsusi olaraq bükülüb.

Eyni zamanda alıcıların yerini müəyyən edə bilməsi üçün yükün üzərinə işıqlı cihaz bərkidilib.

Bazar dəyəri 400 milyon avro olaraq hesablanan kokain yükü Maliyyə Polisinə aid bölmələrin araşdırmaları zamanı aşkarlanıb.

Mütəxəssislər bildirirlər ki, narkotik vasitələrin sonradan götürülməsi üçün dənizə buraxılması qaçaqmalçılar üçün həm az risklidir, həm də daha az xərc tələb edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova