Hadisə Özəl

ABŞ-ın diplomatik maşın kortejinə atəş açıldı

ABŞ-ın diplomatik maşın kortejinə atəş açıldı

Sudanda ordu ilə "Çevik Dəstək Qüvvələri" adlanan yarımhərbi qüvvələr arasında qarşıdurmaların davam etdiyi bir vaxtda ABŞ-ın diplomatik maşın kortejinə atəş açılıb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken açıqlama verib.

O, paytaxt Xartumda baş verən hadisədə ölən və yaralananların olmadığını, lakin hücumun qəbuledilməz olduğunu bildirib:

"Bu, ehtiyatsız və məsuliyyətsiz bir hərəkət idi. Təbii ki, insanların həyatı da təhlükə altına alındı".

Ağ Evdən verilən açıqlamada deyilir ki, indiki mərhələdə ABŞ vətəndaşlarının Sudandakı təxliyyəsi nəzərdə tutulmayır.

Aysu Demokrat.az

D
demokrat.az