Hadisə

Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - xəsarət alan var

Taxıl sahələrindəki güclü yanğın evlərə keçdi - xəsarət alan var

Bu gün günorta saatlarında Şəkinin Aydınbulaq kəndi ərazisində taxıl sahələrində güclü yanğın baş verib.

Demokrat.azOxu.az-a istinadla xəbər verir ki, sahələrdə başlayan yanğın daha sonra yaxınlıqda olan 3 evə keçib.

Yanğın zamanı 33 yaşlı kənd sakini Tural Nəmişov yanıq xəsarətləri alaraq, Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Şəki, Yevlax və Oğuz rayonlarından ümumilikdə 5 yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az