Dünya

Dollar çökür?

Dollar çökür?

Braziliyanın prezidenti Çində səfərdə olan zaman dollardan ehtiyat və ölkələr arası ticarət valyuta kimi imtina etməyə təklifi irəli sürüb. Tramp da dünən demişdi ki, dolların qaçılmaz çöküşü ABŞ-ın çöküşü ilə nəticələnəcək.

Rusiyada da "dollar çökür, ABŞ çökür" tezisi üzərində dayanmadan propaqanda aparılır.

Dünyanın yuanı beynəlxalq ticarət valyutası kimi qəbul etməsi üçün, Çinin sabitliyində əmin olmalıdır. Söhbət uzunmüddətli siyasi, iqtisadi sabitlikdən gedir. SSRİ də "dolların çöküşünü" proqnozlaşdırırdı, indi isə SSRİ hardadır və dollar hardadır? ABŞ isə siyasi, iqtisadi və hərbi fövqəldövlət statusunu qoruyub.

Hansı ölkə ABŞ tərəfə 1 güllə ata bilər? Hansı ölkənin ABŞ-ın sabitliyində şübhəsi yarana bilər? Ritorik suallardır. ABŞ dünyada sərməyələrin, texnologiyaların, işıqlı beyinlərin, istedadlı insanların maqnitidir, fürsətlər ölkəsidir.

Bəs Çinin uzunmüddətli sabitliyinə kim təminat verə bilər?

Tayvanla müharibə ehtimalı var, Qərb koalisiya ilə böyük geosiyasi rəqabət başlayır, geniş miqyaslı sanksiyalar ehtimalı, pandemiya və s.

Tramp və Braziliyanın prezidenti kimi "öncəgörücülər" gəlib-gedərdi, dollar isə olub, var və olacaq.

ABŞ çox güclü sistem quran ölkədir. Azadlıqlar və kapitalizmin yaratdığı fürsətlər ölkənin mühərrikdir. Azad insan hər zaman qeyri-azad insandan daha produktivdir, bu aksiomdur. Bu rəqabətdə Çin məğlubiyyətə məhkumdur.(visiontv.az)

NE
Nihadə Eyyubova