Dünya Özəl

SON DƏQİQƏ! Türkiyə Danimarkaya nota verdi

SON DƏQİQƏ! Türkiyə Danimarkaya nota verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Danimarkanın Ankaradakı səfiri Denni Annanı nazirliyə çağıraraq, etiraz notası ona təqdim olunub.

Demokrat.az xəbər verir ki, bu barədə nazirlik açıqlama yayıb.

Bildirilib ki, Danimarkada Quran və türk bayrağına növbəti dəfə hücum edilib.

Açıqlamada deyilir: “Danimarkada müqəddəs kitabımız Qurana və şanlı bayrağımıza qarşı törədilən alçaq hücumu bir daha qınayırıq. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu mənfur hücumlara mərhəmət adı altında icazə verilməsi qəbuledilməzdir. Bu məsələ ilə bağlı mövqeyimiz bəllidir. Son zamanlar Avropada həyəcanverici dərəcədə artan İslam və ksenofobiya mövzusuna göstərilən duyğusuz münasibət bütün dünya müsəlmanlarının əks reaksiyasına səbəb olur və milyardlarla insanın narahatlığının nəzərə alınmadığını göstərir. Bu səbəbdən mübarək Ramazan ayında da davam edən bu cür təxribatların qarşısının alınması üçün çəkindirici tədbirlərin görülməsini tələb etdiyimizi bir daha bildiririk".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova