Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberq ilə görüşüb.
Demokrat.az xəbər verir ki, nazir danışıqlar aparmaq üçün Avstriyaya səfərə gedib.
Görüşdən sonra nazir sosial media hesabından paylaşım edib:
"Zəlzələ yardımına görə təşəkkürlərimizi bildirdik. İqtisadi, ticari və mədəni əməkdaşlığımızı davam etdirəcəyik. Həmçinin Ukrayna, Suriya və Cənubi Qafqazdakı hadisələri müzakirə etdik".
Aysu Demokrat.az


