İndoneziyanın Yava adasında 7 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti açıqlama yayıb.
İlkin məlumata görə, yerin 594 kilometr dərinliyində baş verən zəlzələdə can və mal itkisi olmayıb.
Xatırladaq ki, İndoneziyada 2004-cü ildə baş verən zəlzələdən sonra təxminən 170.000 insan həyatını itirmişdi.
Aysu Demokrat.az


