Dünya

FTB məxfi sənədlərin sızmasında şübhəli bilinən şəxsi həbs etdi

FTB məxfi sənədlərin sızmasında şübhəli bilinən şəxsi həbs etdi

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Pentaqonun məxfi sənədlərinin sızdırılmasında şübhəli bilinən şəxsi həbs edib və onun evində axtarış aparır.

Demokrat.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd edək ki, qəzet əvvəllər şübhəlinin Massaçusets Hava Milli Qvardiyasının kəşfiyyat bölməsinin üzvü 21 yaşlı Cek Teyşeyra olduğunu bildirmişdi.

O, 20-30 istifadəçinin daxil olduğu “Discord” platformasında “Tuq Şeyker Sentral” qrupuna rəhbərlik edir.

Xatırladaq ki, bir neçə gün qabaq ABŞ-da Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına dair məxfi sənədlərin sızması barədə məlumat verilib.

D
demokrat.az