İqtisadiyyat

“Günay Sığorta”da cəmi 104 işçi qalıb

“Günay Sığorta”da cəmi 104 işçi qalıb

Vaxtilə Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Günay Sığorta» zərərlə işləməklə yanaşı, işçi heyətini də azaltmaqdadır.

İndex.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin sonuna «Günay Sığorta»nın cəmi 104 əməkdaşı qalıb. Müqayisə üçün bildirək ki, 2021-ci ilin sonunda şirkətdə 115 nəfər, 2020-ci ilin sonunda isə 136 nəfər çalışırdı.

Şirkətdə əməkdaşların sayı fasiləsiz olaraq 2 ildir ki, azalmaqdadır. Belə ki, şirkətdə 2021-ci ilin 1-ci rübündə 136 nəfər, 2-ci rübdə 135 nəfər, 3-cü rübdə 126 nəfər, 4-cü rübdə 115 nəfər çalışıb. 2022-ci ildə isə 1-ci rübdə 112 nəfər, 2-ci rübdə 107 nəfər, 3-cü rübdə 106 nəfər, 4-cü rübdə isə 104 nəfər çalışıb.

Şirkət işçilərin azalması ilə il ərzində təqribən yarım milyon manata qənaət etməyə nail olub – əmək haqqı xərcləri 2021-ci ildəki 2,4 milyon manatdan 2022-ci ildə 1,9 milyon manata enib. Amma bu da «Günay Sığorta»nı mənfəətə çıxara bilməyib.

D
demokrat.az