Gündəm

Aqil Abbas: “Prezident mənə ən böyük mükafatı Qarabağı, Şuşamızı azad etməklə verib”

Aqil Abbas: “Prezident mənə ən böyük mükafatı Qarabağı, Şuşamızı azad etməklə verib”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Məclisin deputatı Aqil Abbası 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Aqil Abbas Pravda.az-a açıqlamasında Prezidentin Sərəncamı ilə bağlı təəssüratlarını bölüşüb.

“Möhtərəm Prezidentə diqqət və qayğısına görə təşəkkür edirəm ki, mənim əməyimi qiymətləndirib. Cənab Prezident mənə ən böyük mükafatı Qarabağı, Ağdamı, evimizi-eşiyimizi, Şuşamızı azad etməklə verib. Ən böyük mükafatım budur. “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyimə də yalnız sevinirəm, mənə surpriz oldu”, - deputat bildirib.

D
demokrat.az