Dünya

Azərbaycanlılarla özbəklər arasında kütləvi DAVA

Azərbaycanlılarla özbəklər arasında kütləvi DAVA

Sankt-Peterburqun Vıborq rayonunda Yuxarı Suzdal gölü yaxınlığında çimərlikdə kütləvi dava baş verib.

Demokrat.az xəbər verir ki, 10-a yaxın insanın iştirakı ilə dava iyunun 20-də saat 22:00 radələrində qeydə alınıb.

Saat 22:12-də insident yerinə gələn hüquq-mühafiz orqanlarının əməkdaşları 23-33 yaşarası 4 Özbəkistan, 31-34 yaşarası 2 Azərbaycan və 1 Rusiya vətəndaşını saxlayıb.

Orta Asiyadan olan 2 nəfər yüngül xəsarətlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə tərəflərdən birinin təhqiramiz ifadələr işlətməsinə görə baş verib.

Bütün şübhəli şəxslər barəsində xuliqanlığa görə protokol tərtib edilərək sərbəst buraxılıblar.(qafqazinfo)

D
demokrat.az