Gündəm Özəl

Səfir Elmira Axundovadan vəzifədən azad olunması ilə bağlı AÇIQLAMA

Səfir Elmira Axundovadan vəzifədən azad olunması ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, mətbuatda Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın vəzifəsindən azad edilməsinə dair məlumatlar yayılıb.

Demokrat.az-ın əməkdaşı xəbərin doğru olub-olmadığını aydınlaşdırmaq üçün səfir Elmira Axundova ilə əlaqə yaradıb.

Məsələyə münasibət bildirən Elmira Axundova Demokrat.az-a açıqlamasında yayılan məlumatlara münasibət bildirib:

"Kimi səfir təyin edəcəklər, kimi geri çağıracaqlar - belə məsələlər cənab Prezidentin səlahiyyətindədir və onları müzakirə etmək qeyri-etikdir. Xahiş edirəm bunun ətrafında qalmaqal yaratmayaq. Əgər belə təyinatlar haçansa olacaqsa, bunu rəsmi KİV-lərdən öyrənəcəksiniz".

Xatırladaq ki, “Bakupost.az” saytı səfir Elmira Axundovanın vəzifəsindən azad edilməsinə dair məlumat yaymışdı.

Aynurə Demokrat.az

D
demokrat.az