İnfrastruktur Özəl

Ağsu çayı üzərində körpü salınması nəzərdə tutulur

Ağsu çayı üzərində körpü salınması nəzərdə tutulur

"Ağsu çayı üzərində böyük körpü salınması layihəmizin əsas hissəsidir".

Demokrat.az xəbər verir ki, bu sözləri bu gün keçirilən mətbuat konfransında lahiyənin rəhbəri Natiq Əliyev bildirib.

O deyib ki, İsmayıllı-Qəbələ yolunun hazırlanması, ekoloji təsirləri və bu ekoloji təsirlərin minimuma endirilməsi lahiyə çərçivəsində nəzərə alınıb:

"Biz bütün bunların həlli yoluna böyük diqqət yetiririk. Yolun eni 9 metrə yaxındır. Region turizm cəhətdən çox əlverişlidir, bu baxımdan həmin ərazidə yolun hazırlanması çox mühüm məsələdir. Turizmin inkişafı əsas hədəf nöqtəmizdir. Yol məsələsi ilə yanaşı, bir sıra yeni obyektlər və otellər də istifadəyə verilib.

Yolun sağında və solunda olan ağac və təbii bitki örtüyü nəzərə alındığına görə, yolun eni 25 metrdən 17 metrə kiçildilib. Bu da normadan 8 metr aşağı olması deməkdir. Bununla da təhlükə minimuma endirilib".

Qeyd edək ki, sözügedən lahiyə sənədi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunub. Hazırda Nazirlik tərəfindən qiymətləndirmə prosesi davam etdirilir. Təsdiq olunduqdan sonra yol məsələsi ilə bağlı işlərə başlanacaq.

Aysu Demokrat.az

D
demokrat.az