Hadisə

Bakıda yaşayış binasındakı yanğın söndürüldü

Bakıda yaşayış binasındakı yanğın söndürüldü

Paytaxın Yasamal rayonundakı yaşayış binasında baş verən yanğın söndürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 44 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb, yüksək temperaturdan mebel qarsalanıb.

"Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.//APA

D
demokrat.az