Dünyaca məşhur olan BTS qrupunun üzvü Jimin yeni mahnısı ilə prestijli musiqi siyahısına daxil olan ilk Cənubi Koreyalı müğənni olub.
Demokrat.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
NTV-də yayımlanan xəbərə görə, 27 yaşlı ulduz siyahıda birinci yeri tutan ilk Cənubi Koreyalı müğənni kimi tarixə düşüb.
Səkkiz həftədir siyahının zirvəsini əldən verməyən Miley Cyrusun "Flowers" mahnısını geridə qoyan Jimin bu uğurunu sosial media hesabında paylaşıb.
Aysu Demokrat.az


