Ötən ay İsveç polisi Qurani-Kərimin yandırılmasını qadağan etmək qərarına gəlib.
İsveç inzibati məhkəməsi bu gün polisin Qurani-Kərimin yandırılmasını qadağan edən qərarını ləğv edib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Qərar qəbul edildikdən sonra məhkəmə məsələ ilə bağlı açıqlama verib.
Xatırladaq ki, Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quranın yandırılması aktından sonra İsveçlə Türkiyə arasında münasibətlərdə gərginlik yaşanıb.
Aysu Demokrat.az


