Türkiyənin yerli və milli avtomobili olan "Togg" sabah Azərbaycan prezidenti İlham Əliyevüçün Azərbaycana gətiriləcək.
Musavat.comTürkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sonra Türkiyənin yerli və milli avtomobili “Togg”u alan ikinci şəxs Azərbaycan prezidenti İlham Əliyev olacaq. Azərbaycan prezidenti avtomobili sabah paytaxt Bakıda keçiriləcək mərasimlə təslim alacaq.
MərasimTürkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varankın avtomobilin açarını İlham Əliyevə təqdim etməsi ilə başlayacaq, "Togg" şirkətinin baş direktoru Mehmet Gürcan Karakaşın Azərbaycan liderini"Togg"untexniki xüsusiyyətləri haqqında məlumatlandırması və İlham Əliyevin avtomobili idarə etməsi iləbaşa çatacaq.
Qeyd edək ki, fevral ayındaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlamışdı.
Ərdoğan bildirmişdi ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib: "Dərhal növbəyə İlham bəy keçdi. Əliyev ikincini mənə verin dedi".


