Dünya

Ukraynalılar Zelenskidən ölkədə nüvə silahlarının yerləşdirilməsini tələb etdilər

Ukraynalılar Zelenskidən ölkədə nüvə silahlarının yerləşdirilməsini tələb etdilər

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında ölkədə ABŞ-ninnüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya dərc olunub.

Müvafiq petisiya dövlət başçısının saytında yerləşdirilib.

“ABŞ-nin nüvə silahını Ukrayna ərazisinə yerləşdirin və ya Ukraynanı öz nüvə silahına malik dövlətə çevirin”, - deyə təşəbbüs müəllifi təklif edib.

Hazırda petisiyanı100 nəfər dəstəkləyib.Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır.

NE
Nihadə Eyyubova