Dünya

Putin və Si Cinpin arasında 4,5 saat davam edən görüş başa çatdı

Putin və Si Cinpin arasında 4,5 saat davam edən görüş başa çatdı

Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında qeyri-formal görüş başa çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Çin rəhbəri Kremli tərk edib.

Bildirilib ki, tərəflər arasında danışıqlar, demək olar, 4,5 saat davam edib.

17:56

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında qeyri-rəsmi görüş başlayıb.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

Liderlər arasında danışıqlar Kremldə təkbətək formatda keçirilir.

D
demokrat.az