18 mart 2023-cü il tarixdə Heydər Əliyev adına Meydanda xalqımızın ən gözəl bayramı olan, özündə milli-mənəvi dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi və kollektivi, rayon idmançıları və rayon ictimaiyyəti iştirak edib.

Novruz şənliyində çoxəsrlik maddi-mədəni irsimizi özündə əks etdirən eksponatlar, milli folklor nümunələri, qədim məişət əşyaları, kitab, rəsm və digər sərgilər nümayiş etdirilmişdir. Tədbirdə həmçinin, rayon idmançıları çıxışlar göstərərək , öz məharətlərini nümayiş etdirmişlər. Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa etmişlər.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl maraqlı çıxışları ilə, tədbirdə xoş ovqat yaradıblar. Ulu Dədə Qorqud qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Bayram tədbiri rayonun incəsənət ustalarının və mədəniyyət kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramları ilə davam etdirilmişdir.








