Dünya Özəl

İngiltərədə "TikTok" qadağan edildi

İngiltərədə TikTok qadağan edildi

Böyük Britaniyada "TikTok" sosial media platformasının ictimai telefonlarda və digər elektron cihazlarda istifadəsi qadağan edilib.

Demokrat.az CNN-ə istinadən xəbər verir ki, Britaniya Nazirlər Kabineti Aparatının naziri Oliver Dowden İcmalar Palatasında "TikTok" un ictimai telefonlarda və digər elektron cihazlarda istifadəsinin qadağan olunduğunu açıqlayıb.

Belə bir qərar təhükəsizlik səbəbiylə verilib.

"Bu, əslində əhəmiyyətli bir tədbirdir. "TikTok2tətbiqinin hökumət daxilində istifadəsinin məhdud olduğunu bilirik. Qadağa dövlətə məxsus cihazlara aiddir.Təbii ki, digər şəxsi cihazlarda istifadə qadağanın əhatə dairəsinə daxil deyil”.-deyə bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova