Dünya Özəl

Yunanıstanda tətil: Minlərlə insan küçələrə axışdı

Yunanıstanda tətil: Minlərlə insan küçələrə axışdı

Yunanıstanda 57 nəfərin həyatını itirdiyi qatar qəzasından sonra etirazlar davam edir.

Demokrat.az xəbər verir ki, ölkənin iki ən böyük həmkarlar ittifaqının elan etdiyi 24 saatlıq ümumi tətil çağırışına minlərlə insan qoşulub.

Yunanıstana və Yunanıstandan çoxlu reyslər ləğv edilib, hava hərəkətinə nəzarət zabitləri tətilə qoşulub.

Paytaxt Afinadakı Beynəlxalq Hava Limanında terminallar boşaldılıb.

Qeyd edək ki, ölkə üzrə 40 min insanın küçələrə çıxdığı açıqlanıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova