Hadisə Özəl

Türkiyədə sel fəlakəti zamanı ölənlərin sayı 13-ə yüksəldi

Türkiyədə sel fəlakəti zamanı ölənlərin sayı 13-ə yüksəldi

Türkiyənin Şanlıurfa və Adıyaman bölgələrində baş verən sel fəlakətində ölən insanların sayı 13-ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, Şanlıurfada su ilə dolu olan yeraltı keçiddən çıxarılan avtomobildə daha 2 nəfərin cəsədi tapılıb.

Bununla da ümumilikdə həlak olanların sayı 13 nəfərə çatıb.

Xatırladaq ki, dünəndən bəri yağan leysan yağışları səbəbi ilə rayonda sel fəlakəti baş verib.

Aysu Demokrat.az

D
demokrat.az