İngiltərədə təcavüzə məruz qaldığını, daha sonra fahişəliyə məcbur edildiyini iddia edən 22 yaşlı qadının yalan danışdığı üzə çıxdıqdan sonra 8,5 il müddətinə həbs cəzasına məhkum edilib.
Demokrat.az CNN-ə istinadən xəbər verir ki, 22 yaşlı Eleanor Williams 2020-ci ilin may ayında sosial media hesabından verdiyi açıqlamada Cənubi Asiya kişiləri tərəfindən döyüldüyünü, zorakılığa məruz qaldığını və fahişəliyə məcbur edildiyini iddia etmişdi.
Yanvar ayında qadın məhkəmə tərəfindən qanunsuzluqda günahkar bilinib.
Polis qadının zorlama və adam oğurluğu iddialarının yalan olduğunu və onun iddialarını dəstəkləmək üçün özünə çəkiclə xəsarət yetirdiyini bildirib.
Aysu Demokrat.az


