Əməkdar artist Elza Seyidcahanın 28 mart tarixində solo konserti baş tutacaq.
Oxu.Azxəbər verir ki, “Mahnılar və şeirlər” adlı solo konsertin fevralın 28-də keçirilməsiplanlaşdırılırsa da,tədbir təxirə salınıb.
Məsələ ilə bağlı təəssüratlarını öyrənmək üçün əməkdaşımız bəstəkar, müğənni Elza Seyidcahan ilə danışıb.
Müğənni solo konsertini Türkiyədə baş verən zəlzələ səbəbindən təxirə saldığını söyləyib:
“Qardaş Türkiyədə baş verən zəlzələyə görəfevralın 28-nə planlaşdırılan konsertibiraylıq təxirə saldım. O vəziyyətdə konsert verə bilməzdim. İndi sayılı günlər qalıb. Məşqedirik. Sevənlərimizin qarşısına maraqlı performansla çıxacağıq”.


