Kriminal Özəl

SON DƏQİQƏ! Lənkəranda oğul anasını döydü

SON DƏQİQƏ! Lənkəranda oğul anasını döydü

Lənkəran rayonunda 1998-ci il təvəllüdlü Elxan ailə münaqişəsi zəminində anası Səidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 13-də baş verib.

Elxan həmin gün saat 20 radələrində anası Səidə ilə arasında fərdi təsərufatında olan mal-qaranın vaxtında tövləyə salınmaması səbəbindən münaqişə baş verib.

Münaqişə zamanı o, anasının üzərinə atdığı iti kənarlı dəmir stulun onun sağ said nahiyəsində zərblə çırpılması nəticəsində xəsarət alıb. İstintaq orqanı tərəfindən Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaması nəzərə alınıb. Bu səbəbdən Elxanın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az