Almaniyanın Hamburq şəhərində silahlı şəxslər kilsəyə hücum ediblər.
Demokrat.az xəbər verir ki, hücumda 7 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.
Hamburqda bir nəfər axşam saatlarında kilsəyə gəlib. O, içəridə ibadət edən insanlara atəş açıb. Alman mediası hücumda çox sayda insanın öldüyünü və yaralandığını açıqlayıb.
Polis kilsə ətrafında təhlükəsizlik tədbirləri və şəhərdə genişmiqyaslı araşdırma başladıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanalara göndərilib.
Qeyd edək ki, hücumun terror aktı olduğu ehtimal edilir.
Aysu Demokrat.az


