Türkiyə-İsveç-Finlandiya nümayəndələri bu gün NATO-nun Brüsseldəki mənzil-qərargahında yenidən üçtərəfli danışıqlara başlayır.
Demokrat.az xəbər verir ki, Ankara, Stokholm və Helsinki administrasiyaları bu gün İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ehtiva edən üçtərəfli razılaşma memorandumu çərçivəsində üçüncü dəfə görüşəcəklər.
Tərəflərin bəyanatları onu göstərir ki, onların NATO-da keçiriləcək danışıqlardan fərqli gözləntiləri var.
Qardaş Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçapar və Prezidentin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalın təmsil edəcək.
Qeyd edək ki, iclasda İsveç və Finlandiya müzakirəçiləri ilə yanaşı NATO rəsmiləri də iştirak edəcək.
Aysu Demokrat.az


