İdman

"Barselona" Xavi ilə uzunmüddətli müqavilə imzalayacaq

Barselona Xavi ilə uzunmüddətli müqavilə imzalayacaq

İspaniya "Barselona"sı baş məşqçisi Xavi Ernandeslə uzunmüddətli müqavilə imzalayacaq.

Demokrat.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Joan Laporta "Marca" nəşrinə açıqlama verib.

Funksioner bildirib ki, 43 yaşlı mütəxəssis uzun illər komandanın sükanı arxasında qalmağa layiqdir:

"O, La Liqanın qalibi olacağı halda sözləşmənin uzadılmasını istəyir. Amma düşünürəm ki, bunu daha tez etmək mümkün olacaq".

Qeyd edək ki, Xavi Ernandesin "Barselona" ilə 2024-cü ilin iyununadək müqaviləsi var.

Demokrat.az

D
demokrat.az