Dünya Özəl

Avropa İttifaqı qadınlara cinsi zorakılıq edənlərə qarşı sanksiyalara başlayır

Avropa İttifaqı qadınlara cinsi zorakılıq edənlərə qarşı sanksiyalara başlayır

Hollandiyanın təşəbbüsü ilə Avropa İttifaqı (Aİ) ilk dəfə olaraq qadınlara qarşı cinsi zorakılıq edənlərə sanksiya tətbiq etmək qərarına gəlib.

Demokrat.az xəbər verir ki, bununla bağlı qəbul edilən qərar sanksiya paketinə daxil edilib.

Qadınlara qarşı cinsi zorakılıq və ayrı-seçkiliyə görə, Əfqanıstan, İran, Rusiya, işğal altında olan Ukrayna bölgəsi, Cənubi Sudan və Suriyadan 9 nəfər və 3 qurum Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

Avropa İttifaqının hazırladığı “qara siyahı”ya salınan şəxslər və qurumların adları hələlik açıqlanmayıb.

Aysu Demokrat.az

D
demokrat.az