Dünya Özəl

Monteneqroda məhkəmə binasına bombalı hücum edildi

Monteneqroda məhkəmə binasına bombalı hücum edildi

Monteneqroda məhkəmə binasına edilən bombalı hücumda 5 nəfər yaralanıb.

Demokrat.az "CNN Türk-ə istinadən xəbər verir ki, paytaxt Podqoritsada Birinci İnstansiya Məhkəməsinin girişində bombalı hücum həyata keçirilib.

Polisdən verilən açıqlamada 39 yaşlı Milan Bulatoviç adlı şəxsin əl istehsallı bombanı partladıb. Nəticədə hadisəni törədən şəxs ölüb, 5 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və sağlamlıq qrupları cəlb olunub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova