Sosial

Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR

Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR

03 mart 2023-cü il tarixdə Salyan rayon Olimpiya İdman Kompleksində Salyan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə 27 fevral - 5 mart tarixləri arasında baş tutan "İdman Həftəsi" çərçivəsində rayonda fəaliyyət göstərən idman bölmələrinə baxış keçirilmişdir.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Salyan rayon Gənclər və İdman İdarəsinin kollektivi, rayonun idman ictimaiyyəti, rayon idmançıları iştirak etmişdir.Tədbir zamanı Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov il ərzində Respublika səviyyəli yarışlarda yüksək nəticə göstərmiş idmançılarla görüşmüş və idmançıları 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə təbrik etmiş, onlara gələcək idman karyeralarında uğurlar arzulamışdır.Tədbirdə Güləş, Cüdo, Karate, Boks, Futbol, Voleybol, Şahmat, Stolüstü Tennis, Kikboksinq və Juboksinq idman növlərində idmançılar nümunəvi çıxışlar göstərmişdir.

Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR
Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR
Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR
Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR
Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR
Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR
Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR
Salyanda idman bölmələrinə baxış keçirildi — FOTOLAR

NE
Nihadə Eyyubova