Meksikanın Oaxaka ştatında 5,8 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu haqda Meksika Milli Seysmoloji Xidməti məlumat verib.
Bildirilir ki, zəlzələnin episentiri Union Hidalqo şəhərindən 49 kilometr cənub-şərqdə qeydə alınıb və dərinliyi 10 kilometrdir.
Zəlzələ zamanı insan itkisinin olub-olmaması ilə bağlı məlumat verilməyib.
Arzu Drmokrat.az


