ABŞ prezidenti Co Bayden Rusiyaya əleyhinə yeni fərman imzalayıb.
Demokrat.az"Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, fərmana görə, Rusiyanın Ukraynaya təcavüzündən sonra 2014-cü ildə tətbiq edilən fövqəladə vəziyyət rejimini və bununla bağlı Rusiya Federasiyasına qarşı sanksiyaları 2023-cü ilin sonuna qədər uzadıb.
Fərmanda Ukraynadakı vəziyyətlə əlaqədar fövqəladə vəziyyət 2014-cü il martın 6-da ABŞ-ın o vaxtkı prezidenti Barak Obamanın fərmanı ilə tətbiq edilib.
O vaxtdan bəri fərmanın fəaliyyət sahəsi bir neçə dəfə genişləndirilib.
Qeyd edək ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə də Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi tətbiq etmişdi.
Zamiq Demokrat.az


