"Bu müharibənin nə vaxt sona çatacağını bilmirik. Amma belə olanda biz əmin olmalıyıq ki, tarix təkrarlanmasın. Prezident Putin Avropanın təhlükəsizliyini pozmağa davam edə bilməz. Rus təcavüzünü sonlandırmalıyıq. Ukraynanın təhlükəsizliyi üçün uzunmüddətli tədbirlər həyata keçirdik. Ukraynanı dəstəkləməkdə davam edirik"
Demokrat.az xəbər verir ki, bunu bu gün Helsinkidə NATO-nun baş katibi Yens Stoltenberq SAMAK-ın Şimal Sammitində çıxışı zamanı deyib.
O xatırladıb ki, Helsinki Yekun Aktı "Soyuq müharibə"nin gərginliyinin azaldılmasına kömək etdi, əməkdaşlığın inkişafı, azadlıq və insan hüquqları prinsiplərinin riayət olunması üçün imkan açdı:
"Prezident Putin indi bu prinsipləri alt-üst edib. Ukraynada müharibənin qəddarlığı bizi sarsıda bilər. Amma biz təəccüblənməməliyik. Bu, uzun illər ərzində rus təcavüzünün bir hissəsidir. Qroznıda. Gürcüstanda. Hələbdə, Krım, Donbasda və indi Ukraynaya tammiqyaslı işğal davam edir".
O qeyd edib ki, Qərb Putinə çağırışlar etdi:
"Bütün çağırışlara baxmayaraq, Putin hücum etməyi qərara aldı. Putin sülhə hazırlaşmır, o, yalnız daha böyük müharibəyə hazırlaşır. Putin qalib gəlsə,dünyanı daha təhlükəli edəcək. Beləliklə, Ukraynanı dəstəkləmək təkcə mənəvi cəhətdən düzgün iş deyil. Bu, həm də bizim öz təhlükəsizlik maraqlarımıza uyğundur", - Stoltenberq vurğulayıb.
Leyla Demokrat.az


