Ötən il Azərbaycan xarici ölkələrə 18 milyard 965 milyon 213 min kubmetr həcmində təbii qaz satıb.
Demokrat.az xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 14 milyard 989 milyon 675 min dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kubmetrinin gömrük dəyəri 790 dollar olub.
Təbii qazı ən baha qiymətə Yunanıstana satmışıq. Bu ölkəyə satılan 1000 kubmetr təbii qazın dəyəri 1 465,3 dollar olub. Ən ucuz qiymətə isə Gürcüstana satılıb - 1000 kubmetri 135,5 dollar.
İrana satılan təbii qaz isə İranın Naxçıvana verdiyi təbii qazın əvəzində eyni qiymətə - 37,9 dollara satılıb. Ötən il Azərbaycan İrandan 66 milyon 91,2 min kubmetr qaz alıb, əvəzində 173 milyon 594 min kubmetr qaz satıb.
Azərbaycan ötən il təbii qaz aşağıdakı ölkələrə satıb:
| ÖLKƏLƏR | Ümumi həcmi (min kubmetr) | Ümumi dəyəri (min dollar) | 1000 kubmetrin dəyəri(dollar) |
| İtaliya | 8 210 720,1 | 11 045 330,12 | 1 345,2 |
| Türkiyə | 6 853 659,2 | 2 208 273,83 | 322,2 |
| Gürcüstan | 2 581 214,2 | 349 731,95 | 135,5 |
| Yunanıstan | 779 336,88 | 1 141 939,86 | 1 465,3 |
| Bolqarıstan | 366 689,05 | 237 811,16 | 648,5 |
| İran | 173 594,04 | 6 588,96 | 37,9 |


