Polşa və Avropa Komissiyası Ukraynaya rusların oğurladığı uşaqların axtarışına kömək edəcək .
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd olunub ki,Polşa və Avropa KomissiyasıUkraynada tammiqyaslı müharibə zamanı qaçırılan və Rusiyaya aparılan ukraynalı uşaqların axtarışı üçün birgə təşəbbüsə başlayır.
"Avropa Komissiyası və Polşa Rusiya tərəfindən Ukraynada qeyri-qanuni oğurlanmış uşaqların axtarışına təşəbbüs göstərirlər. Oğurlanmış uşaqları Ukraynaya qaytarmaq və cinayətlərə görə Rusiyanı cəzalandırmaq zəruridir", -Ukraynanın baş naziri Denys Şmiqal bu haqda Twitter-də bildirib.
Leyla Demokrat.az


