Region Özəl

Ərdoğan Zelenskiylə danışdı

Ərdoğan Zelenskiylə danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib.

Demokrat.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, dövlət başçıları Türkiyədə baş verən zəlzələlərdən və Rusiya-Ukrayna müharibəsinin bir ilinin tamamlaması ilə bağlı müzakirələr aparıblar.

Ərdoğan zəlzələ ilə bağlı Türkiyə ilə həmrəylik nümayiş etdirdiyi üçün Zelenskiyə təşəkkür edib. O, Rusiya-Ukrayna müharibəsində atəşkəsin sülhün danışıqlar yolu ilə təmin edilməsində əllərindən gələni etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasının bir ili tamam olur.

Arzu Demokrat.az

D
demokrat.az