Dünya Özəl

İspaniya Ukraynaya daha çox "Leopard" tankı təhvil verə bilər

İspaniya Ukraynaya daha çox Leopard tankı təhvil verə bilər

İspaniyanın baş naziri Pedro Sançes bildirib ki, İspaniyaUkrayna üçün "Leopard" tanklarının sayının10-a qədər artırılmasını istisna etmir.

Sançes bunu Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə brifinqdə deyib.

" Biz 2 ədəd "Leopard 4 A10" tankı göndərəcəyik. Və bu rəqəmi qaldıra bilərik. Əlbəttə ki, biz Ukrayna ordusuna bu tanklardan istifadə etməyi öyrənməyə kömək edəcəyik", - İspaniya hökumətinin başçısı deyib.

O, həmçinin əlavə edib ki, İspaniya tərəfdaşları ilə birlikdə "Ukrayna səmasının qorunması" məsələsini öyrənməlidir.

Sançes vurğulayıb ki, tanklar hərbi təlimlər başa çatdıqdan dərhal sonra Ukraynaya göndəriləcək.

Onun sözlərinə görə, bu, mümkün qədər tez baş verəcək.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova