Dünya Özəl

Braziliyada təbii fəlakət nəticəsində ölənlərin sayı 48-ə çatdı

Braziliyada təbii fəlakət nəticəsində ölənlərin sayı 48-ə çatdı

Braziliyanın San-Paulo əyalətində sel və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 48-ə çatıb.

Demokrat.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda Əyalət Mülki Müdafiə koordinatoru Hengil Rikardo Pereyra məlumat verib.

O, hazırda 36 nəfərilə bağlı axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Koordinator, fəlakət bölgəsindən 3 min insanın da təxliyə edildiyini açıqlayıb.

Məlumata görə, bölgəyə humanitar yardımlar hərbi helikopterlərlə daşınır. Rəsmi nümayəndə, güclü yağışlar səbəbindən yardımların gecikdiyini deyib.

Qeyd edək ki, Brazilyanın San - Paulo əyalətində fevralın 18-dən başlayan güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.

Arzu Demokrat.az

D
demokrat.az