Gündəm

Çavuşoğlu: "Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparan 37 ölkənin heyəti geri qayıdıb"

Çavuşoğlu: Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri aparan 37 ölkənin heyəti geri qayıdıb

Türkiyənin zəlzələ bölgələrində axtarış-xilasetmə işləri aparan 37 ölkənin heyəti geri qayıdıb.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, 52 ölkədən ümumilikdə 4 min 344 nəfər xilasedici dağıntı qeydə alınan ərazilərdə işlərini davam etdirir. Qeyd edilib ki, zəlzələdən sonra 102 ölkədən yardım təklifi edilib, onlardan 89-nun təklifi qəbul olunub.

NE
Nihadə Eyyubova