Dünya Özəl

"Bayden zamanı olanda Kiyevə gələ bilər"— Zelenski

Bayden zamanı olanda Kiyevə gələ bilər— Zelenski

Ukrayna Prezidenti Volodimr Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşəcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Prezident Volodimr Zelenski amerikalı həmkarıCo Baydenlə görüş barədə yayılan şayiələri şərh edib.

O qeyd edib ki, Amerika lideri zamanı olanda Ukraynaya gələ bilər.

"Bəzən prezident Baydenlə görüşürük. Bilirsiniz ki, biz prezidenti dəvət etmişik. Onun imkanı olanda düşünürəm ki, Ukraynaya məmnuniyyətlə səfər edəcək. Bu, cəmiyyətimizə dəstəyin vacib siqnalıdır", - deyə Zelenski İsveçin baş naziri Ulf Kristerssonla Birgə Kiyev şəhərində keçirdiyi brifinqdə bildirib.

Zelenski nitqinin sonunda ABŞ-a təşəkkür edib.

"Biz onlara böyük köməklərinə görə minnətdarıq", - deyə Ukrayna Prezidenti yekun olaraq qeyd edib.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova