Dünya

Virusa yoluxanların sayı açıqlandı

Virusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 31 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 275nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 038nəfər müalicə olunaraq sağalıb, 10 099 nəfər vəfat edib, aktiv xəstə sayı 138nəfərdir.

Ölkədə son sutka ərzində 1 552, hazırkı dövrədək isə 7 509 420 test aparılıb.

NE
Nihadə Eyyubova