"Qazaxıstanda hakimiyyət dəyişməlidir" — Nazarbayev

SİYASƏT 09 iyn 2019, 15:44

Qazaxıstan xalqı yeni prezidentlə daha yaxşı gələcəyə ümid bəsləyir.


Demokrat.az xəbər verir ki, bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bəyan edib.


“Bu gün ölkəmizdə prezident seçkiləri keçirilir. Xalq təkcə insanı deyil, həm də öz gələcəyini, taleyini seçir”, - deyə o vurğulayıb.


Nazarbayev qeyd edib ki, bütün demokratik ölkələrdə olduğu kimi Qazaxıstanda hakimiyyət dəyişməlidir.


Qazaxıstanda növbədənkənar prezident seçkiləri günü seçki məntəqələrində səsvermə 07:00-dan 20:00-da kimi aparılacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top