Kriminal Özəl

Bakıda dəhşətli qətl: əmisini öldürüb küçəyə atdı

Bakıda dəhşətli qətl: əmisini öldürüb küçəyə atdı

Bakının Xəzər rayonunda əmisini qətlə yetirməkdə ittiham olunan Şahin Qədəşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 22-nə təyin olunub. İstintaq orqanı tərəfindən ötən ilin sentyabrın 29-da, saat 03 radələrində Xəzər rayonu, Buzovna qəsəbə sakini 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində xəsarət izi olan meyitinin yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı oğlu 1989-cu il təvəllüdlü Şahin Qədəşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Valeh Qədəşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. İstintaq orqanı tərəfindən Şahin Qədəşovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova