Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələlərdən sonra təbii fəlakətlər baş verən bölgəyə gedib.
Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, dövlət başçısı bildirib ki, zəlzələdən zərərçəkənlər üçün 3 vilayətdə hotellər istifadəyə verilib. O, həmçinin indiki vəziyyətdə təxribatçılara icazə verilməməli olduğunu çatdırıb.
Zəlzələnin mərkəzi Kahramanmaraş şəhərinə gedən prezident Ərdoğan, çadır şəhərciyində zəlzələdən zərərçəkənlərlə görüşüb, araşdırmalar aparıb. Daha sonra mətbuat konfransında çıxış edib.
Dövlət başçısı zəlzələ bölgəsindəki bütün əyalətlərdə əməliyyatların koordinasiyalı şəkildə həyata keçirildiyini deyib:
"İlk gündə müəyyən çətinliklər oldu, amma biz vətəndaşlarımızın küçədə qalmasına heç vaxt icazə verə bilmərik. Burada daha bir açıqlama vermək istəyirəm. Hazırda vətəndaşlarım arasında olan Antalya, Alanya, Mersin kimi şəhərlərdə hotellərlə görüşlər keçirmişik. Buradakı hotellərdə qalmaq istəyən vətəndaşlar olarsa, biz vətəndaşlarımızı bu hotellərdə yerləşdirməyə hazırıq".
Aysun Demokrat.az


