Latviyada, Marupe şəhərində pilotsuz uçuş aparatlarının istehsalı üçün müəssisədəiri miqyaslı yanğın baş verib.
"Edge Autonomy" şirkətinin direktor müavini Janis Vilmanis qeyd edib ki, yanğın ciddi fəsadlar törədib, lakin onun dəqiq miqyası hələ də məlum deyil.
"Edge Autonomy" şirkəti yanğın barədə əlavə şərh verməyib.
Məlumata görə, yanğın , fevralın 7-də, saat 15:14-də baş verib.
Alov sürətlə ətrafa yayılıb. 50 yanğınsöndürən hadisə yerindədir.
Bildirilir ki, "Edge Autonomy" dronların dünyanın aparıcı tədarükçülərindən biridir. Şirkətin məhsulları hərbi, mülki və akademik ehtiyaclar üçün istifadə olunur və 70-dən çox ölkəyə tədarük edilir.
Leyla Demokrat.az


